Konqo Respublikasının Prezidenti Zati-aliləri cənab Deni Sassu Nqessoya
Hörmətli cənab Prezident,
Konqo Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Bu gün Azərbaycan-Konqo münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Aprel ayında Azərbaycana səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə yeni təkan vermişdir. Eyni zamanda bu yaxınlarda COP29-un müəyyən edilmiş Prezidentinin Konqoya səfəri iqlim dəyişmələri ilə mübarizə sahəsində ölkələrimizin tərəfdaşlığının bariz nümunəsidir.
İnanıram ki, Azərbaycan ilə Konqo arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, çoxtərəfli müstəvilərdə, o cümlədən Bakıda təşkil ediləcək COP29 çərçivəsində səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Konqo xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 avqust 2024-cü il
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...