Komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib
Bu ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib.
Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, beş mərhələdən ibarət məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə yetiriblər.
İlkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib.
Sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib.
Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...