Kolumbiyada yanacaq təchizatı problemi səbəbindən 69 reys təxirə salınıb
Yerli mətbuatda yer alan xəbərlərə görə, bəzi hava yolu şirkətləri yanacaq tədarükü problemi səbəbilə planlaşdırılmış uçuşları ləğv etmək qərarına gəlib. ”Avianca” aviaşirkəti yanacaq böhranı səbəbilə 4-ü beynəlxalq olmaqla 69 reysin ləğv edildiyini açıqlayıb.Bildirilib ki, problem həll olunmasa, şirkət sabah daha 108 reysi ləğv edə bilər.
Başqa bir hava yolu şirkəti “Latam” da eyni səbəbdən sabahdan etibarən 36 reysi ləğv edəcəyini açıqlayıb.
Yanacaq tədarükü problemi ilə bağlı ölkənin nəqliyyat naziri Maria Kostanza Qarsiya verdiyi açıqlamada, "Təchizat zəncirinin necə işlədiyini və əməliyyatların necə aparıldığını nəzərdən keçiririk. Bəzi hava yolu şirkətlərinin bu həftə bilet satmamaq qərarına gəldiyini öyrəndik. uçuşlarda çevikliyi qorumaq üçün bunlar profilaktik tədbirlərdir."-deyib.
Qarsiya sosial media hesabında etdiyi paylaşımda uçuşların ləğvinin Kolumbiyanın Aviasiya Qaydalarına zidd olduğunu və prosesin araşdırılmasına dair göstəriş verdiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...