Kolumbiyada uşaq nikahlarını qadağan edən Qanun layihəsi parlament tərəfindən qəbul edilib
Cənubi Amerika ölkəsi Kolumbiyada parlament 18 yaşından kiçik uşaqların ailələrinin razılığı olsa belə ailə qurmasına qadağa qoyulmasına qərar verib. Uşaq nikahını qadağan edən qanun layihəsi konqresdə səsvermə yolu ilə qəbul edilib.
“Uşaqlar seksual obyekt deyil” şüarı ilə kampaniya aparan siyasətçilər bu qərarı sevinclə qarşılayıblar. Ölkədə hazırda 14 yaşlı uşaqlar ailələrinin razılığı ilə ailə qura bilərlər.Evlilik üçün 18 yaş tələb edən qanunun qüvvəyə minməsi üçün Kolumbiya prezidenti Qustavo Petro tərəfindən təsdiqlənməlidir.
Qeyd edək ki, UNICEF-in statistikasına görə, hər il dünyada 12 milyon azyaşlı qız ərə verilir. Xüsusilə Latın Amerikasında yoxsulluq üzündən qızları gənc yaşda ərə verirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...