Kolumbiyada torpaq sürüşməsi nəticəsində 18 nəfər ölüb
Kolumbiyanın şimal-qərbində Çoko regionunda torpaq sürüşməsi nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb.
Fhnews.az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Medellin və Quibdo şəhərlərini birləşdirən yol sürüşmə nəticəsində zədələndikdən sonra müvəqqəti olaraq bağlanıb.
Vitse-prezident Fransia Markes "X" hesabında bildirib ki, hökumət vəziyyəti nəzarətdə saxlayır.
Sürüşmənin səbəbi son 24 saat ərzində yağan güclü yağışlarla əlaqədardır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...