Kolumbiyada təbii fəlakət: Başqa dövlətlərdən yardım istənildi
Kolumbiyanın bir sıra bölgələrində meşə yanğınları tüğyan edir. Təbii fəlakətlə əlaqədar regionda fövqəladə vəziyyət elan edilib.
Bu barədə ölkənin Prezidenti Qustavo Petro bəyanat yayıb.
Onun sözlərinə görə, əvvəllər başqa məqsədlər üçün təsdiq edilmiş vəsaitlər böhranla mübarizəyə yönəldilib.
Prezident ABŞ, Çili, Peru və Kanadanın yanğınlarla mübarizədə böyük təcrübəyə malik olduğunu deyərək beynəlxalq yardım üçün müraciət edildiyini vurğulayıb. O, həmçinin BMT və Avropa İttifaqından da kömək istədiyini deyib.
Təbii fəlakətin səbəbi kimi “El Nino” hava fenomeni ilə əlaqəli isti, quru şərait göstərilir.
Q.Petro iqlim böhranının daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.
“Biz getdikcə daha çətin mərhələyə keçirik”, - deyə o vurğulayıb.
Qatı tüstü paytaxt Boqotada uçuşların təxirə salınmasına da səbəb olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...