Kolumbiyada korrida qadağan edilib
Kolumbiya prezidenti Qustavo Petro öküz döyüşünü qadağan edən mübahisəli qanun layihəsini imzalayıb. Qanun layihəsini yüzlərlə heyvan hüquqları müdafiəçisinin iştirakı ilə paytaxt Boqotadakı La Santamaria öküz meydançasında imzalanıb.
Gustavo Petro burada verdiyi açıqlamada bildirib ki, biz dünyaya canlıları əyləncə üçün öldürməyin mədəniyyət olduğunu deyə bilmərik.
Qeyd edək ki, ölkədə müzakirələrə səbəb olan öküz döyüşünü qadağan edən qanun layihəsi mayın 29-da Konqresdə səs çoxluğu ilə qəbul edilib.
Prezident Petronun imzaladığı qanun layihəsi 2027-ci ildə qüvvəyə minəcək. Korridaya son qoymaq həm də ölkənin bəzi yerlərində bu tamaşa ətrafında çoxdan formalaşmış ənənələrə son qoymaq deməkdir.
Hökumətdən gəlirləri birbaşa və ya dolayısı ilə korridadan asılı olan insanları işlə təmin etmək xahiş olunur.
Ekvador, Fransa, Meksika, Peru, Portuqaliya, İspaniya və Venesuelada korrida davam etdiyi halda, Braziliya, Çili, Argentina, Uruqvay və Qvatemalada qadağan edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...