Kolumbiyada göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Kolumbiyanın Valledupar şəhəri yaxınlığında göyərtəsində tibb işçiləri olan “Cessna 421” təyyarəsinin qəzaya uğraması nəticəsində azı bir nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.
Şəhərin meri Ernesto Orozko Duran “X” sosial şəbəkə hesabında həlak olanların sayını açıqlamadan təyyarənin qəzaya uğradığını təsdiqləyib: “Bu bazar günü Valledupar şəhərində baş vermiş faciəvi təyyarə qəzasının qurbanlarına və sağ qalanlara həmrəyliyimi bildirirəm. Təcili yardım təyyarəsi Alfonso Lopez hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb”.
“El Tiempo”nun məlumatına görə, 11 yaşlı uşağı müalicə üçün Boqotaya aparmalı olan təyyarənin göyərtəsində 6 nəfər olub. Uşağı müşayiət edən həkimlərdən biri hadisənin qurbanı olub. Sağ qalanlar xəstəxanaya yerləşdirilib.
Təyyarənin qəzaya uğramasının səbəbləri hələ müəyyən edilməyib. Səlahiyyətlilərin bildirdiyinə görə, pilot problemlər barədə məlumat verib və hava limanına qayıtmağa çalışıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...