Kolumbiya davam edən meşə yanğınlarına görə beynəlxalq yardım tələb edəcək
Kolumbiya prezidenti Qustavo Petro ölkənin müxtəlif bölgələrində bir müddətdir davam edən və nəzarət altına alına bilməyən meşə yanğınları səbəbilə beynəlxalq yardım tələb edəcəklərini açıqlayıb. Petro X sosial media hesabında meşə yanğınları və söndürmə işləri ilə bağlı açıqlama verib.
Ölkənin onlarla bölgəsində baş verən yanğınları söndürmək üçün hava qüvvələrinin bütün texnikasından istifadə etdiyini bildirən Petro bildirib ki, Meteorologiya İnstitutunun proqnozuna görə, yüksək temperaturun fevral ayı boyunca və martın ilk ongünlüyündə davam edəcəyi gözlənilir.
Ətraf Mühit və Davamlı İnkişaf naziri Susana Muhamad da açıqlamasında bildirib ki, El Nino ilə əlaqədar mövsümi normaların üzərində davam edən istilər meşə yanğınları ilə mübarizəni çətinləşdirir.
Başda paytaxt Boqota olmaqla ölkə daxilində 883 qəsəbədə meşə yanğınlarının davam etdiyini ifadə edən Muhamad 582 qəsəbədə qırmızı həyəcan siqnalı verdiklərini açıqlayıb.
Boqota Bələdiyyə başçısı Fernando Karlos Qalan meşə yanğınları səbəbiylə Monserrate təpəsini ziyarətçilərin üzünə bağladıqlarını qeyd edib.Boqota təpələrində aktiv olan meşə yanğınlarının 82 %-ni nəzarət altına aldıqlarını ifadə edən Qalan yanğınsöndürmə briqadası və helikopterlərin yanğınlarla mübarizəni davam etdirdiyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...