22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

KOB-ların yaşıl iqlim maliyyələşməsində rolunun artırılması sahəsində seminar keçiriləcək

03-07-2024
IMG

KOB-lar üçün iqlim maliyyələşdirilməsi üzrə seminar keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, tədbirin məqsədi KOB-ların iqlim maliyyəşməsində rolunun artırılmasına töhfə vermək, onların bu prosesdə fəal iştirakını təşviq etməkdir.

Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRİC) əməkdaşlığı çərçivəsində iyulun 9-10-da KOB subyektləri üçün “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə KOB-ların yaşıl iqlim maliyyələşdirilməsi vasitəsilə gücləndirilməsi” mövzusunda seminar keçiriləcək.

Onlayn formatda və ingilis dilində təşkil olunacaq tədbirin məqsədi İƏT-ə üzv ölkələrdə fəaliyyət göstərən mikro, kiçik və orta biznessubyektlərinin iqlim maliyyəşməsində rolunun artırılmasına töhfə vermək, onların bu prosesdə fəal iştirakını təşviq etməkdir.

Seminarda yaşıl iqlim maliyyələşməsi üzrə ekspertlər, İƏT-ə üzv ölkələrin müvafiq qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların mütəxəssisləri məruzəçi qismində çıxış edəcəklər. Tədbirdə KOB-lar üçün yaşıl maliyyələşdirmə mexanizmləri, iqlim maliyyələşdirilməsinin effektivliyi və gələcəyi, yaşıl KOB-lar üçün imkanlar barədə məlumat veriləcək, müvafiq istiqamətdə KOB-ların qarşılaşdıqları çətinliklər, onların yaşıl təcrübələri mənimsəməsi üçün maraqlı tərəflər arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.

Seminarda iştirak etmək istəyən KOB subyektləri aşağıdakı linkdə qeydiyyatdan keçməlidirlər:

https://erp.sesric.org/events/2024-Workshop-GreenClimateFinance/Apply

Qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş KOB subyektlərinin e-mail ünvanlarına SESRİC tərəfindən seminara qoşulmaq üçün link göndəriləcək.

KOB subyektlərinin seminarla bağlı əlavə sualı yaranarsa KOBİA-ya (Rəfi Qurbanov, (+994 12 404 04 01 (daxili 179)) və ya SESRİC-ə ([email protected]) müraciət edə bilərlər.

Paylaş: