Kipr adasındakı tərəflər oktyabrın 15-də Nyu-Yorkda görüşəcək
Birləşmiş Millətlər Təşkilatı Kipr adasındakı tərəflərin oktyabrın 15-də görüşəcəklərini açıqlayıb. BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib. O, qeyd edib ki, tərəflərin iştirak edəcəyi qeyri-rəsmi şam yeməyi oktyabrın 15-də baş tutacaq.
Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş oktyabr ayında Şimali Kipr Türk Respublikasının (ŞKTC) Prezidenti Ersin Tatar və Cənubi Kipr Rum Administrasiyasının (GKKK) rəhbəri Nikos Hristodulidisi qeyri-rəsmi məsləhətləşmələrə dəvət edib.
Hər iki tərəfin dəvəti qəbul etdiyi və görüşlərin Nyu-Yorkda baş tutacağı bildirilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...