22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Keniyalı idmançı 10 min metrə qaçışda dünya rekordu qırıb

26-05-2024
IMG

Keniyalı idmançı Beatris Çebet 10 min metr məsafəyə qaçışda dünya rekordu qırıb.

Fhnews.az TASS-a istinadən verdiyi məlumata görə, Çebet Yujin şəhərində (ABŞ, Oreqon) keçirilən yarışlarda yeni dünya rekordu müəyyənləşdirib.

Keniyalı idmançı yarışda 10 000 m məsafəni 28 dəqiqə 54,14 saniyəyə başa vuraraq 10 km məsafəni 29 dəqiqəyə qaçan ilk idmançı oldu.

Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus olub və 2021-ci ildə (29 dəqiqə 01,03 saniyə) müəyyən edilib.

Beatris Çebetin 24 yaşı var. O, 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionatının gümüş (2022-ci il) və bürünc (2023-cü il) mükafatçısıdır.

Paylaş: