Keçən ay dünyanın ən isti ayı olaraq qeydə alınıb
Avropa Birliyinin Kopernik peyk izləmə sistemi tərəfindən aparılan ölçmələrə görə, may ayı dünyada indiyə qədər qeydə alınan ən isti ay olub.
Avropa İttifaqının peyk izləmə sisteminin açıqlamasında keçən ay ölçülən havanın orta temperaturunun 1991-2020-ci illər üçün may ayı ortalamasından 0,75 dərəcə yüksək olduğu ifadə edilib.
Beləliklə, ötən ay dünya miqyasında indiyə qədər qeydə alınan ən isti may olduğu məlum olub.
Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Carlo Buontempo açıqlamasında bildirib ki, "12 aylıq bu ardıcıllığa çatmağımız şokedicidir, lakin təəccüblü deyil. Bu rekord qıran aylar silsiləsi gec-tez kəsilsə də, İqlim dəyişikliyinin ümumi izləri hələ də qalmaqdadır.
Bəyanatda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşin aşağıdakı şərhləri də yer alıb:
"Keçən il təqvim yarpaqlarının hər dönüşü temperaturu artırdı. Planetimiz bizə nə isə söyləməyə çalışır, amma biz deyəsən qulaq asmırıq. Biz qlobal temperatur rekordlarını qırırıq. İndi hərəkət etmək, hərəkətə keçmək və nəticə əldə etmək vaxtıdır.”
.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...