Kataloniyada quraqlıq problemini həlli üçün yollar axtarılır
Avropada quraqlıq probleminin geniş yayıldığı ölkələrdən biri olan İspaniyada 2021-ci ilin sentyabr ayından etibarən “Quraqlıq Xüsusi Planı”nı həyata keçirməyə başlayan Kataloniya həyəcan təbili çalır.
Statistikaya görə, 1915-ci ildən bəri tarixində ən uzun quraqlıq dövrünü yaşayan Kataloniyada 2020-ci ildən bu günədək normadan xeyli az yağıntı olub.
Daha əvvəl 2008-ci ildə də eyni problemi yaşayan Kataloniyada rəsmi dairələr 2020-ci ildə başlayan və iqlim dəyişikliyinin təsiri ilə böyüyən bu problemin indi qalıcı olacağı fikrində həmrəydirlər və bu problemi həll etməyə çalışırlar.
Bölgədəki bəndləri qidalandıran La Muqa, El Ter və El Llobregat çaylarında 2020-2023-cü illər arasında su itkisi rekord həddə çatıb.Normal vəziyyətə qayıtmaq üçün düz 9 ay yağış yağmalıdır.
Quraqlıq xüsusilə Barselona, Girona və Tarraqona şəhərlərinə və onlara yaxın rayonlara təsir edir.
Əgər quraqlıq davam edərsə 147 min nəfərin yaşadığı 36 bələdiyyədə tətbiq edilən fövqəladə vəziyyətin yanvar ayının sonunda təxminən 6 milyon insanı əhatə edəcək şəkildə genişləndirilməsi planlaşdırılır. Hazırkı plana əsasən, artıq bir çox yerlərdə “xəbərdarlıq”, “fövqəladə vəziyyət” və “fövqəladə hal” adı altında mərhələli şəkildə həyata keçirilən suya qənaət daha da artırılacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...