22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kastamonuda Gəlinkayası şəlaləsi quruyub

18-04-2024

Türkiyənin Kastamonu bölgəsinin  Ağlı rayonuna bu qış kifayət qədər qar yağmayıb. Bu səbəbdən rayonda hər il keçirilən 600 illik ənənəvi xizək yarışları keçirilə bilməyib.Mahalın Ören Məhəlləsindəki Gəlinkayası şəlaləsi də yüksəklərdən gələn suyun kəsilməsindən sonra quruyub. 

Yerli sakinlərin dediyinə görə, bölgədə əvvəllər su dəyirmanı olub və bu dəyirman texnologiyaya görə fabriklər açılanda bağlanıb. Son illərdə bölgədə qışın mülayim keçməsi şəlalənin qurumasına səbəb olub.Bölgə sakinlərinin dediyinə görə,əvvəllər qarın əriməsi səbəbindən suyun səviyyəsi çox yüksək olduğu üçün burada suyun yaratdığı səs-küydən dayanmaq olmurdu.İndi isə səssizlikdən…

Qeyd edək ki, gəlinkayası şəlaləsi yan-yana iki hissədən ibarətdir. Bir tərəfi 15-20 metr, digər tərəfi 50-60 metr arasındadır. Çox təəssüf ki,indi onun  ikisi də quruyub.

Paylaş: