Karolina İnstitutunda dondurucuların nasazlığının mümkün səbəbi müəyyən olunub
İsveçdə tibbi personalın hazırlanması və tibbi araşdırmaların keçirilməsi üçün ən böyük müəssisə olan Karolina İnstitutu Milad tətili zamanı dondurucu kameraların nasazlığının mümkün səbəbini müəyyən edib.
Fhnews.az xəbər verir ki, unikal tədqiqat materialı, o cümlədən onilliklər ərzində toplanmış nümunələrin və biomaterialların böyük hissəsi Karolina İnstitutunun “Neo” tədqiqat evində məhv olub.
Kriorezervuarlar adlandırılan donduruculara maye azotun verilməsi dekabrın 22-dən 23-nə keçən gecə dayandırılıb və növbəti beş gün ərzində bərpa olunmayıb. Dondurucu kameralardakı mənfi 190 dərəcəyə çatmalı olan temperatur müsbət 22 dərəcəyə qədər yüksəlib. Tədqiqatçıların hesablamalarına görə, ziyan təxminən 47 milyon dollar təşkil edə bilər. Qəza nəticəsində hematologiya, endokrinologiya və kardiologiya sahəsində tədqiqatların aparılması üçün toplanmış materiallara xüsusi ziyan dəyib.
İnstitutun dekanı Matti Syalberq elan edib ki, qəzanın mümkün səbəbi binanın xaricində yerləşən mərkəzi rezervuardan maye azotun verilməsinə nəzarət edən nasaz klapandır.
“Heç bir təxribat əlaməti yoxdur. İndi bizə bunun necə baş verdiyini anlamaq qalır”, - deyə dekan vurğulayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...