22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kəraçidə həddindən artıq istilər 14 nəfərin həyatına son qoyub

24-06-2024
IMG

Pakistanın Kəraçi şəhərində təsirini artıran həddindən artıq istilər nəticəsində son 24 saatda 14 nəfər həyatını itirib.

Pakistanın bəzi bölgələrində havanın temperaturu 53 dərəcəni göstərərkən, Kəraçidə termometrlər yüzdə 76 rütubətlə 45 dərəcəni keçib. 

Həddindən artıq istilər səbəbindən şəhərdə yaşları 25-45 arasında olan 14 nəfər ölüb.Pakistan Meteorologiya Departamenti bu gün Kəraçinin şimal-qərbindən əsəcəyi gözlənilən isti küləklərlə temperaturun daha da arta biləcəyini bildirib.

Paylaş: