Kanadanın ən uzun çayı quraqlıq səbəbindən rekord səviyyədə dayazlaşıb
Kanadanın ən uzun çayı olan Makkenzi isti və quru hava səbəbindən rekord səviyyədə dayazlaşıb.
Fhnews.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Hidroloq Rayan Konorun sözlərinə görə, çay artıq 2 metr dayazlaşıb. Baxmayaraq ki, çayın səviyyəsi yay aylarında 50 santimetrdən çox düşmür.
Mütəxəssis əlavə edib ki, bu cür göstərici bundan əvvəl heç vaxt qeydə alınmayıb. Konor bunu isti və quru hava, eləcə də baş verən iqlim dəyişmələri ilə əlaqələndirib.
Makkenzi çayının uzunluğu 1738 kilometrdir, o, Kanadanın beş qərb bölgəsinin ərazisindən keçir.
Alberta və Britaniya Kolumbiyası vilayətlərinin bir çox hissələrində hazırda 40 dərəcə isti var. Çayın dayazlaşması səbəbindən Kanadanın yerli xalqlarının yaşadığı ucqar yaşayış məntəqələrinə yüklərin çatdırılması artıq çətinləşib. Çünki bu ərazidə yolların olmaması səbəbindən daşınma su ilə həyata keçirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...