Kanadada baş vermiş meşə yanğınları daha çox karbon emissiyasına səbəb olub
ABŞ Aeronavtika və Kosmik Agentliyinin Reaktiv Sürət Laboratoriyası keçən il Kanadada baş verən meşə yanğınlarını araşdırıb.Tədqiqatçı Brendan Byrne tərəfindən aparılan araşdırmada 2023-cü ildə Kanadada baş verən meşə yanğınlarında 647 meqaton karbon salındığı vurğulanıb.
Diqqətə çatdırılıb ki, Kanadada baş verən meşə yanğınları karbon tullantılarının həcminə görə dünyada dördüncü yerdə qərarlaşıb, ən çox emissiya edən ölkələri geridə qoyub.Məlum olub ki, yalnız Hindistan, Çin və ABŞ Kanadadakı meşə yanğınlarında atılan karbon miqdarından daha çox karbon buraxır.
Kanadadakı yanğınların 2022-ci il ərzində qalıq yanacaqlardan çıxan Rusiya və ya Yaponiyadan daha çox karbon buraxdığı müəyyən edilib.
Byrne 2023-cü ildə Kanadada meşələrin təxminən 4 faizini məhv edən yanğınların son illərdə artan isti və quraq hava səbəbiylə meydana gəldiyini və bu yanğınların sayının, şiddətinin və ölçüsünün artacağını ifadə edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...