22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kanada yanğınlarla mübarizədə 4 ölkədən kömək alacaq

27-07-2024
IMG

Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan olan yanğınsöndürmə qrupları Kanadanın Alberta və Britaniya Kolumbiyası əyalətlərində yanğınların söndürülməsinə kömək etməyə gedəcək.

Kanadanın baş naziri Castin Trudeau sosial media hesabında verdiyi açıqlamada Albertanın Jasper bölgəsində yanğınlarla mübarizənin davam etdiyini bildirib.Cənubi Afrika, Avstraliya, Meksika və Yeni Zelandiyadan 400-dən çox yanğınsöndürənin Alberta və Britaniya Kolumbiyasındakı yanğınlarla mübarizəyə dəstək vermək üçün bölgəyə gələcəyi barədə məlumatı paylaşan Trudeau yanğınla mübarizə aparan qruplara təşəkkür edib.

Jasper Milli Parkı ətrafında evakuasiya işləri davam edərkən, İqlim Nazirliyinə bağlı Kanada Parklarının internet saytında edilən elanda ən azı avqustun 6-na kimi parka girişin qadağan edildiyi bildirilib. “New York Times”  qəzetinin məlumatına görə, Jasper Milli Parkında təxminən 363 kvadrat kilometr ərazinin yanğın nəticəsində məhv olduğu təxmin edilir.Jasper bölgəsinin rəsmiləri yanğının vurduğu zərərin hələ tam olaraq müəyyən edilmədiyini və bölgənin yarıdan çoxunun zərər çəkmiş ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, Jasper Milli Parkı ətrafında yaşayan təxminən 25 min insan artan alov səbəbindən iyulun 23-də ərazini boşaltmalı olub.

Paylaş: