22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kanada təbiətə görə məsuliyyət haqqında qanun layihəsini qəbul edən ilk ölkələrdəndir
 

15-06-2024
IMG

Kanada təbiətə görə məsuliyyət haqqında qanun layihəsini qəbul edən Çilidən sonra dünyada ikinci ölkədir.

Fhnews.az Kanadanın cbc.ca xəbər portalına istinadla xəbər verir ki, bu barədə ətraf mühit və iqlim dəyişmələri üzrə nazir Stiven Qilbo deyib.

Nazirin sözlərinə görə, ölkə parlamenti biomüxtəlifliyin artırılmasına yönəlmiş yeni qanun qəbul edərsə, Kanada ön sıralarda olacaq.

Qanun layihəsi dünyanın iqlim dəyişmələri və biomüxtəliflilik böhranı ilə mübarizə apardığı bir vaxtda meydana çıxıb. Kanadanın vəhşi təbiət növləri haqqında son hesabatda qeyd olunur ki, bu ölkədə hər beş növdən biri bu və ya digər şəkildə yox olma riski ilə üzləşib. Təqdim olunmuş qanun layihəsi səlahiyyətli şəxsləri biomüxtəlifliyin qorunub saxlanması üzrə milli strategiyanı işləyib hazırlamağı və parlamentə təqdim etməyi məcbur edir.

Kanadada qlobal içməli su ehtiyatlarının 20 faizi, su-bataqlıq ərazilərinin 25 faizi və boreal meşələrin təxminən 25 faizi yerləşir. Dünyada ən uzun sahil xəttinə malik olaraq, Kanada dünyada ən böyük dəniz ərazilərindən birinə malikdir.

Stiven Qilbonun sözlərinə görə, hökumət Monrealda BMT-nin biomüxtəliflik üzrə 15-ci Ümumdünya konfransı - COP15-də elan edilmiş 1,5 milyard dollara əlavə olaraq, aprel büdcəsində yeni parkların salınması və təbiətin saxlanması üçün vasitələrə 600 milyon dollar ayırıb.

Paylaş: