Kamçatka sahillərində iki zəlzələ qeydə alınıb
Sakit okeanda Kamçatka sahillərində 4,2 və 4,3 bal gücündə iki zəlzələ baş verib.
Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.
“Sakit okeanda Petropavlovsk-Kamçatskidən 142 kilometr aralıda 4,2 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı 38 kilometr dərinlikdə yerləşib. İkinci təkan isə təxminən bir neçə saat sonra eyni yerdə qeydə alınıb. Onun maqnitudası 4,3 olub", - deyə məlumatda bildirilir.
İkinci zəlzələnin ocağının dərinliyi 36 kilometr, rayon mərkəzinə olan məsafə isə 143 kilometr olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...