Kambocada daha bir uşaqda quş qripinə yoluxma faktı təsdiq edilib
Kambocanın cənubundakı Takeo əyalətindən olan beş yaşlı qızda H5N1 virusuna yoluxma halı təsdiqlənib.
Fhnews.az xəbər verir ki, bununla bağlı ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin əvvəlindən bu günə qədər quş qripinə yoluxanların sayı yeddi nəfərə çatıb.
Məlumatda qeyd edilib ki, xəstənin hazırda qızdırması var və o, iyulun 5-də virusa yoluxmuş üç yaşlı oğlanın qohumudur. Hər ikisinin Kiri Vonq rayonunun Pou kəndində eyni evdə yaşadığı bildirilib.
“Qızın xəstələnməsindən təxminən 10 gün əvvəl kənddə olan bütün toyuq və ördəklər tələf olub və xəstənin ailəsi onları qida kimi istifadə edib. Azyaşlılar virusa yoluxmuş quşlarla birbaşa təmasda olub”, - deyə məlumatda bildirilir.
Nazirlik quş qripinin hələ də insanların, xüsusilə də uşaqların sağlamlığı üçün təhlükə yaratdığını vurğulayaraq insanları xəstə və ya ölü ev quşlarını yeməməyə çağırıb.
Qeyd edək ki, H5N1 virusu son zamanlar yenidən aktivləşib. Onun simptomlarına qızdırma, öskürək, burun axması və ağır tənəffüs daxildir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...