Kahramanmaraşda zəlzələdə zərər görən məscidlərdən 580-ni təmir edilib
Bu gün Türkiyədə yaşanmış “Əsrin fəlakəti”ndən düz bir il ötür. Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə məscidlər də ciddi zərər görmüşdü. O məscidlərdən 580-i dövlətin və millətin dəstəyi ilə təmir edilib. Əyalət Müftisi Əbdürrəhman Kotan bu barədə məlumat verib.
Zəlzələdə bir çox şəhərlərdə əhəmiyyətli binaların zərər gördüyünü ifadə edən mufti "Bu zəlzələdə bir çox şəhərimiz zərər gördü. Zədələnən tikililər arasında məscidlərimiz, Quran kurslarımız, müftilik xidmət binamız da var idi. 1350 məscidimizdən 350-i bu zəlzələdə orta dərəcədə ziyan gördü”-deyib.
Zəlzələdən sonra 580 məscid tez bir zamanda təmir edilib.
Bu zəlzələlərdə tarixi məscidlərə də ciddi ziyan dəyib. Beləki, Kahramanmaraşda 68 tarixi məsciddən 54-ü orta dərəcədə zədələnmiş, ağır zədələnmiş və ya dağılmış vəziyyətdədir. 14 məscid isə az zərər görüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...