İznik gölündəki bazilikanın gələn il ziyarətçilərin istifadəsinə verilməsi nəzərdə tutulur
Bursanın İznik rayonunda göl sahilindən 20 metr aralıda 1,5-2 metr dərinlikdə yerləşən bazilikada 10 il əvvəl başlayan sualtı arxeoloji qazıntılar və araşdırmalar davam edir. 10-cu əsrdə bölgədə baş verən böyük zəlzələnin olması və ya suların qalxması nəticəsində göl sularına qərq olduğu təxmin edilən bazilikada 2015-ci ildə başlayan sualtı arxeoloji qazıntılar və araşdırmalar davam edir.
Qazıntının elmi məsləhətçisi professor Mustafa Şahin İznik Gölü Bazilikası Kilsəsində 2015-ci ildən bu yana aparılan işlərlə bağlı məlumatlandırma toplantısı keçirib. O, 2025-ci ilin İznik Gölü Bazilikası Kilsəsi üçün əhəmiyyətli olduğunu ifadə edərək bildirib ki, 2025-ci il Birinci Ekumenik Şuranın çağırıldığı 325-ci ilin 1700-cü ildönümünə təsadüf edir. Ona görə də bu tarix çox önəmlidir. Şahin təqdimatından sonra vətəndaşlara kilsə xarabalıqlarının yerləşdiyi ərazini göstərib və sualtı qazıntıların necə aparıldığı barədə məlumat verib. Bu arada, İznik gölündə suyun çəkilməsi ilə batmış bazilika qalıqlarının çoxunun göründüyü müşahidə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...