22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İzmirdə fırtına nəticəsində  minarə uçub

22-01-2024

İzmirin Dikili rayonunda şiddətli fırtına nəticəsində məscidin minarəsi uçub.

Alınan məlumata görə, səhərə qədər Çandarlı rayonunda güclü leysan yağıb. Bir müddət sonra leysan yağış yerini soyuq havaya və tufana verib.

Rayona təsir edən fırtına nəticəsində Rəhmi Tokat məscidinin minarəsi yerə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Paylaş: