İzmirdə 1938-ci ildən bəri ən isti iyun günü yaşanıb
İstilərin davam etdiyi Ege Bölgəsindəki bir çox mərkəzdə termometrlər 40 dərəcəni keçərkən, 41,4 dərəcə ilə İzmirdə meteoroloji ölçmələrin aparıldığı 1938-ci ildən bəri ən isti iyun günü oldu.
İzmir şəhər mərkəzində havanın temperaturu 28 iyun 1982-ci ildə ölçülən 41,3 dərəcə rekordu geridə qoyaraq 41,4 dərəcəyə çatıb.
Bornovada havanın temperaturu 43, Bucada isə 42 dərəcəyə çatıb.Şəhərdə havanın temperaturunun mövsüm normalarından yüksək olması səbəbindən açıq ərazilərin, meydanların və bazarların boşaldığı müşahidə edilib.
Çölə çıxmaq məcburiyyətində qalan vətəndaşların kölgəli ərazilərə üstünlük verdiyi, bəzi vətəndaşların çətirlə günəşdən qorunduğu, bəzilərinin isə başlarına su tökərək sərinləməyə çalışdıqları müşahidə edilib.
Aydında dünən 44,6 dərəcə ilə qırılan İyun temperaturu rekordunun ardından termometrlər bu gün 44,3 dərəcə göstərib.Karacasu rayonunda havanın temperaturu 45,5 dərəcəyə çatıb.
Ən isti iyun günlərindən birini yaşayan Manisada şəhər mərkəzində 42 dərəcə olaraq ölçülən temperatur Akhisar rayonunda 43 dərəcəyə çatıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...