22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İyunun 28-də İranda seçkilər keçiriləcək

10-06-2024
IMG

İran may ayında vertalyot qəzasında həlak olan İbrahim Rəisidən sonra yeni prezidenti seçmək üçün iyunun 28-də seçkiyə hazırlaşır.
Seçkidə namizədlik üçün müraciət edən 80 nəfərdən 6-nın namizədliyi təsdiq edilib. Namizədlərin təşviqat prosesinə də start verilib.

İran Konstitusiyasının Keşikçiləri Şurası 4-ü qadın olmaqla 80 namizədin ərizəsini araşdırıb.5 mühafizəkar və 1 islahatçı namizədin seçkiyə qatılmasına icazə verilib.

Konstitusiya Keşikçiləri Şurasının Daxili İşlər Nazirliyinə göndərdiyi siyahıda mühafizəkar qanaddan olan parlamentin spikeri Məhəmməd Bakır Kalibaf da var.Digər diqqət çəkən ad isə Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Səid Cəlilidir.

İslahatçılardan olan keçmiş səhiyyə naziri Məsud Pezeşkiyanın da namizədliyi təsdiqlənib.

İran parlamentinin keçmiş sədri Əli Laricani və İranın keçmiş prezidenti Mahmud Əhmədinejad namizədlikləri rədd edilən iki məşhur isimdir...
Seçkidə iştirak etmək üçün təsdiq edilmiş namizədlər iyunun 27-si saat 08:00-dək təşviqat kampaniyalarını davam etdirə biləcəklər.

Namizədlər bunu İran Dövlət Televiziyasında canlı debatda da həll edəcəklər.

Qeyd edək ki, İranda 61 milyon seçici qeydiyyatdadır. İyunun 28-də heç bir namizəd 50 faiz səs çoxluğuna çatmasa, ən yüksək səs toplayan iki namizəd iyulda keçiriləcək ikinci tura keçəcək.

Paylaş: