22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İyun ayından Somalidə plastik torbaların istifadəsi qadağan ediləcək

02-02-2024

İyun ayından Somalidə birdəfəlik plastik torbaların istifadəsi, istehsalı, paylanması, ixracı və idxalının qadağan ediləcəyi bildirilib.
Somali Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyindən verilən açıqlamada, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin qorunması üçün yeni tədbirlərin görüldüyü bildirilib. 

Açıqlamada sahibkarlara və şirkətlərə bildirilib ki, plastik torbalar yerinə ətraf mühitə zərər verməyəcək alternativ məhsullar istehsal etsinlər.  Bu işdə onlara  hökumət də dəstək verəcək.

Qeyd edək ki, Keniya, Ruanda və Kabo Verde kimi Afrika ölkələrində daha əvvəl plastik torbalardan istifadə qadağan edilmişdi.

Paylaş: