22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İyul ayında Tokioda 123 nəfər istidən həyatını itirib

07-08-2024
IMG

Ötən ay Yaponiyanın paytaxtı Tokioda davamlı istilər 123 nəfərin həyatına son qoyub. Ölənlərin çoxu yaşlı insanlardır.

Fhnews.az xəbər verir ki, ötən ay yüksək hərarət nəticəsində Tokioda 37 mindən çox insan günəş vurması səbəbindən xəstəxanalara yerləşdirilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, iyul ayında ölkə üzrə orta temperatur rekord dərəcədə yüksəlib. Ölkənin əksər prefekturalarında istilik xəbərdarlığı elan edilib. Havanın temperaturu son 30 ilin orta göstəricisindən 2,16 dərəcə yüksək olub. Həmçinin ötən ay Yaponiya Meteorologiya Agentliyinin müşahidələrə başladığı 1898-ci ildən bu yana ən isti iyul olub. Tokionun mərkəzində havanın temperaturu 34 dərəcəyə çatıb.

Meteorologiya agentliyi avqust ayında da istilərin davam edəcəyini, temperaturun isə 35 dərəcə və daha yüksək olacağını proqnozlaşdırır.

Səhiyyə xidmətləri əhalini temperatur proqnozlarına və xəbərdarlıqlara diqqət yetirməyə və fəsadların qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırıb. İnsanlara qapalı yerlərdə qalmaq, çoxlu su içmək və kondisioneri açıq qoymaq tövsiyə edilib.

Alimlər istilik dalğalarının tezliyini və intensivliyini iqlim dəyişikliyi ilə əlaqələndirir.

Qeyd edək ki, Tokioda yalnız 2018-ci ilin iyulunda indikindən daha çox - 127 nəfər istilərin qurbanı olmuşdu.

Paylaş: