22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İxrac neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə xidməti müşavirə keçirilib

16-11-2024
IMG

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsi və bp Eksploreyşn (Kaspian Si) Limited şirkətinin nümayəndələri arasında SOCAR-ın təhlükəsizlik idarəsində xidməti müşavirə keçirilib.

Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirə zamanı Azərbaycanın enerji təhlükəsizliyində rolu, şaxələnmiş boru kəmərlərinin iqtisadi əhəmiyyəti, Azərbaycan Respublikasının quru ərazisindən keçən ixrac boru kəmərlərinin və onların yerüstü obyektlərinin təhlükəsizliyinin təmini, kəmərlərin dəhlizində baş verə biləcək mümkün hadisələrin vaxtında qarşısının alınması, eləcə də təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, mövcud risklərin azaldılması mövzusunda müzakirələr aparılıb. Müşavirənin yekunu olaraq tapşırıqlar və tövsiyələr protokollaşdırılıb.

Paylaş: