22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyanın şimalında əlverişsiz hava şəraiti fəsadlar törədib

17-10-2024
IMG

İtaliyanın şimalındakı Liquriya regionunda və bəzi əyalətlərdə hökm sürən əlverişsiz hava şəraiti fəsadlara səbəb olub.

Fhnews.az xəbər verir ki, aramsız leysan yağışları çayları məcrasından çıxarıb, evləri, küçələri, iş yerlərini, tunelləri və yeraltı piyada keçidlərini su basıb. Daşqın infrastruktura ziyan vurub. Bəzi avtomagistrallar nəqliyyatın hərəkətinə bağlanıb. Regionlararası və şəhərlərarası dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb. Bir çox aviareys başqa hava limanlarına yönləndirilib.

Bəzi bölgələrdə fırtına ağacları və reklam lövhələrini aşırıb, binaların dam örtüklərini qoparıb, avtomobillərə ziyan vurub.

İtaliya Nazirlər Şurasının məlumatına görə, Brüsseldə səfərdə olan Baş nazir Ciorcia Meloni ölkənin şimalındakı əlverişsiz hava şəraitinin yaratdığı ciddi vəziyyəti narahatlıqla izləyir. Baş nazir mülki müdafiə qurumlarının rəhbərləri ilə telefon danışığı aparıb, bölgədəki vəziyyətlə maraqlanıb.

Bundan başqa, çayların səviyyəsinin daha da yüksələcəyi və daşqın təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq edilib. Oktyabrın 17-si üçün Liquriya regionunda “narıncı xəbərdarlıq” elan olunub.

Paylaş: