İtaliyanın müdafiə naziri xəstəxanaya yerləşdirilib
İtaliyanın müdafiə naziri Guido Krosettonun dünən döş qəfəsində şiddətli ağrı şikayəti ilə xəstəxanaya yerləşdirildiyi və angioqrafiya aparıldığı bildirilib.
Fhnews.az xəbər verir ki, İtaliya mətbuatında çıxan xəbərə görə, 61 yaşlı Krosetto perikardit (ürək qişasının iltihabı) şübhəsi ilə xəstəxanaya gətirilib.
Qeyd edək ki, 25 sentyabr 2022-ci il seçkilərində ilk partiya olaraq ortaya çıxan ifrat sağçı İtaliya Qardaşları Partiyasının qurucularından olan Guido Krosetto 2022-ci ildə qurulan sağçı koalisiya hökumətində müdafiə naziri vəzifəsini icra edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...