İtaliyanın iki regionunda əlverişsiz hava şəraitinə görə “qırmızı həyəcan” elan edilib
Atlantik okeanında tüğyan edən “Kirk” qasırğası səbəbindən İtaliyanın şimal-qərb bölgələrində gözlənilən əlverişsiz hava şəraitinə görə iki regionda “qırmızı həyəcan” elan olunub.
Fhnews.az xəbər verir ki, Liquriya və Lombardiya regionlarında hidrogeoloji risk səviyyəsinə görə “qırmızı”, Latsio, Friuli Venezia Giulia, Veneto, Emilia-Romanya və Toskanada isə “narıncı həyəcan” elan edilib.
Genuyanın və La Spetsiyanın bütün növ təhsil müəssisələrində tədris dayandırılıb. Gecə saatlarında yağan leysan yağışı çayların məcrasından çıxmasına səbəb olub, daşqın baş verib.
Bəzi regionlarda fırtına ağacları və reklam lövhələrini aşırıb, binaların dam örtüklərini qoparıb. Güclü külək və leysan yağışı avtomobillərə ziyan vurub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...