İtaliyanın cənubunda quraqlıq səbəbindən fövqəladə vəziyyət elan olunub
İtaliyanın cənubunda yerləşən Kalabriya regionunda quraqlıq və içməli su çatışmazlığı səbəbindən fövqəladə vəziyyət elan edilib.
Fhnews.az xəbər verir ki, bu barədə Kalabriya regionunun rəhbəri Roberto Okchiuto fərman imzalayıb.
Fərmana əsasən, Krotone əyalətində və Reggio şəhərində ciddi içməli su çatışmazlığı ilə əlaqədar mülki müdafiə qüvvələrinin fövqəladə vəziyyəti elan olunub. Regional Mülki Müdafiə Departamenti və aidiyyəti bələdiyyələr əhaliyə yardımla bağlı atılacaq addımlara, ehtiyacların operativ şəkildə araşdırılmasına başlayıb.
Qeyd edək ki, həftəsonu İtaliya ərazisində anomal istilər müşahidə olunacaq. Bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni ötəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...