İtaliyada zəlzələ olub
İtaliyada 3,7 bal gücündə zəlzələ qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.
Episentri Neapol şəhərinin qərbində yerləşən Kampi Fleqrey bölgəsi olan zəlzələnin ocağı 2 kilometr dərinlikdə yerləşib. Müxtəlif maqnitudalı ardıcıl yeraltı təkanlar olub.
Zəlzələ Neapolun müxtəlif bölgələrində aydın hiss edilib, əhali arasında təşviş yaradıb. İnsan tələfatı və dağıntı olmayıb.
Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son bir ildə, xüsusilə də ötən aylarda artıb. Sonuncu dəfə ən uzunmüddətli seysmik aktivlik isə 1980-ci illərin əvvəllərində qeydə alınıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...