İtaliyada uşaqlara mobil telefon və sosial şəbəkələrdən istifadənin qadağan edilməsi müzakirə olunur
Ölkənin Təhsil naziri Cüzeppe Valditara İtaliyada müəyyən yaş qrupundakı uşaqlar üçün mobil telefon və sosial mediadan istifadəni qadağan etmək üçün bir qrup mütəxəssis və sənətçinin başlatdığı kampaniyaya dəstək verib.
İtaliya mətbuatında yer alan xəbərə görə, pedaqoq Daniele Novara və psixoterapevt Alberto Pellai tərəfindən 14 yaşından kiçik uşaqların cib telefonundan istifadənin, 16 yaşından kiçik uşaqların isə sosial media kanallarında profillər yaratmasının qarşısını almaq məqsədi daşıyan imza kampaniyasına İtaliyanın məşhur simaları da dəstək verib.
Rejissor Paola Kortellesi ilə yanaşı, Alba Rohrwacher, Stefano Accorsi və Luca Zingaretti kimi italyan aktyorlar da kampaniyaya qoşularaq, uşaqların cib telefonlarından və sosial mediadan qorunması lazım olduğunu müdafiə ediblər.
Məsələni gündəmə gətirən şəxslərdən biri olan pedaqoq Novara “La Repubblica” qəzetinə müsahibəsində uşaqların cib telefonu və sosial mediadan istifadə etməsi ilə bağlı vəziyyətin nəzarətdən çıxdığını , bunun öyrənmə qüsurunun artmasına səbəb olacağını söyləyib. Novara bildirib ki, ən qorxulu problem uşaq və gənclərin təcrid vəziyyətində qalmasıdır. Son araşdırmaya görə, 11-19 yaşlı uşaqların 47 %-i gündə vaxtını 5 saatdan çox internetdə keçirir.
Xatırladaq ki, İtaliyanın Təhsil Naziri Valditara iyul ayında verdiyi açıqlamada, yeni tədris ilindən orta məktəbə qədər təhsil də daxil olmaqla, hər hansı bir məqsədlə sinif otaqlarında ağıllı mobil telefonların istifadəsini qadağan edən bir sirkulyar imzaladığını açıqlamışdı.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...