22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyada təyyarə mühərrikindən tüstü çıxdığı üçün sərnişinlər təxliyə edilib

03-10-2024
IMG

İtaliyanın Salento hava limanında havaya qalxmağa hazırlaşan İrlandiya hava yolu şirkəti “Ryanair”ə məxsus Boeing 737-800 tipli təyyarədən tüstü çıxması həyəcanlı anlara səbəb olub.

Yerli vaxtla saat 08.35 radələrində hərəkət edən təyyarənin sol mühərrikindən tüstü qalxıb. “Rynair” şirkətindən verilən açıqlamada, 184 sərnişinin evakuasiya sürüşməsi vasitəsilə təhlükəsiz şəkildə təyyarədən çıxarıldığı bildirilib.Turinə planlaşdırılan reysin təxirə salındığı və sərnişinlərin avtobusla terminala aparıldığı bildirilib.

Hadisə zamanı xəsarət alan olmasa da, təxminən 3 saat ərzində hava limanında uçuş həyata keçirilməyib.

Paylaş: