22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyada sel həyəcanı

21-10-2024
IMG

İtaliyanın bir çox bölgəsini təsir edən güclü yağış və fırtınanın yaratdığı daşqınlarda ən azı bir nəfər ölüb, xilasetmə əməliyyatları ilə yüzlərlə insan təhlükəsiz bölgələrə təxliyə edilib.

Ötən gün Emilia Romagna bölgəsindəki Bolonya şəhərinə 160 mm yağış yağıb. Bolonyanın Pianoro qəsəbəsində sel sularında itən 20 yaşlı gəncin cansız cəsədi bu gün tapılıb.

Bolonya meri Matteo Lepore gecə ərzində şəhərdə 2000-dən çox insanın təxliyə edildiyini, 3500 ailənin işıqsız qaldığını açıqlayıb.

Bələdiyyə sədri sosial şəbəkədə yaydığı video ilə şəhər əhalisindən avtomobil sürməməyi və mümkün qədər evdə qalmalarını istəyib.

Əlverişsiz hava şəraiti səbəbiylə şənbə günü ən yüksək risk səviyyəsi mənasını verən "qırmızı həyəcan" elan edildiyi Emila Romagna bölgəsində bu gün daha aşağı səviyyəli "narıncı həyəcan" qüvvədədir.

Xatırladaq ki, Emilia Romagna bölgəsi də keçən ay "Boris" qasırğasından çox təsirlənib.2023-cü ilin may ayında bölgədə yağan güclü yağış və torpaq sürüşmələrində isə 17 nəfər həyatını itirmiş, 8,5 milyard avro dəyərində ziyan dəymişdi. 

Bazar günü İtaliyanın 20 bölgəsindən 5-də narıncı, 13-də isə sarı təhlükə elan edilib. Meteoroloqlar ölkənin cənub bölgələrində, xüsusən də Kalabriya və Siciliyada həftənin əvvəlində tufan və yağışların davam edəcəyini proqnozlaşdırırlar. Ötən gün ölkənin cənubundakı Siciliya adasına yağan yağışlar bir çox şəhərlərdə küçələri su basmasına səbəb olub.

Paylaş: