22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyada orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsi qadağan ediləcək
 

13-07-2024
IMG

İtaliyada sentyabr ayından etibarən orta məktəblərdə şagirdlərin mobil telefonlardan istifadə etməsi qadağan olunacaq.

Fhnews.az xəbər verir ki, bu barədə İtaliyanın təhsil naziri Cüzeppe Valditara deyib.

Nazir bildirib ki, yeni tədris ilindən başlayaraq ibtidai siniflərdə şagirdlərin təhsil və hər hansı digər məqsədlər üçün mobil telefonlardan istifadə etməsi qadağandır.

“Smartfonlar vasitəsilə tədrisin keyfiyyətli olduğunu düşünmürəm. Planşetlər və kompüterlər isə müəllimlərin nəzarəti altında istifadə edilməlidir”, - deyə o, qeyd edib.

Yeni qərara əsasən, şagirdləri yazı yazmağa alışdırmaq üçün yenidən kağız gündəliklər tərtib olunacaq.

Paylaş: