İtaliyada iqlim fəallarına qarşı sanksiyalar sərtləşdirilir
İtaliyada tarixi və mədəni irsə ziyan vuran iqlim fəalları ilə bağlı qaydalar sərtləşdirilir.
Fhnews.az xəbər verir ki, ekoaksiyalar zamanı mədəni və tarixi irsə ziyan vurulması və ya korlanması hallarında daha sərt sanksiyalar tətbiq ediləcək. Bununla bağlı yeni qanunun qüvvəyə minməsi gözlənilir. Qanun layihəsi İtaliya parlamentinin aşağı palatasında (Deputatlar Palatası) müzakirəyə çıxarılıb. Deputatlardan 138-i yeni qanuna “hə” deyib.
Mədəniyyət naziri Cennaro Sanqiuliyano təşəbbüsü olan yeni qanun layihəsi ötən il iyulun 11-də parlamentin yuxarı palatası - Senat tərəfindən təsdiqlənmişdi.
Qeyd edək ki, son dövrlərdə İtaliyada keçirilən ekoaksiyalar zamanı iqlim fəalları tərəfindən tarixi və mədəni irsə ziyan vurulması halları artıb. Belə ki, onlar ötən il paytaxt Romanın ən məşhur simvollarından olan Trevi fəvvarəsinə və Venesiyadakı “Böyük kanal”a yaşıl rəngli maye töküb, San-Marko Bazilikasının fasadına ziyan vurublar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...