22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyada Etna dağı yenidən lava püskürüb

11-07-2024
IMG

İtaliyada son günlər vulkan püskürmələrinin baş verdiyi Vorajin adlı krater gecə saatlarında yenidən kül və lava püskürməyə başlayıb. Kraterdə vulkan püskürmələri səhər saatlarına qədər davam edib.

İtaliya mətbuatında yer alan xəbərdə Etnadakı vulkan püskürmələri səbəbiylə Kataniya Fontanarossa Hava Limanına eniş etməli olan bəzi təyyarələrin yaxınlıqdakı Palermoya istiqamətləndirildiyi, bəzi uçuşların isə gecikdirildiyi bildirilib.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutuna  bağlı Etna Rəsədxanasının paylaşdığı son məlumata görə, 2021-ci ildən bəri heç bir püskürmə müşahidə olunmayan Etnanın hündürlüyü vulkanik fəaliyyətlər nəticəsində dəniz səviyyəsindən yuxarı qalxıb. 

Son günlər tez-tez kül və lava püskürən Etnadakı Vorajin kraterinin hündürlüyünün yığılmış lava səbəbindən 3 min 369 metrə çatdığı və 3 min 347 metr hündürlüyündəki cənub-şərq kraterini keçdiyi bildirilib. Xüsusilə 5-7 iyulda baş verən intensiv vulkanik fəaliyyətlərdən sonra Vorajin kraterində aparılan ölçmələrdə səviyyənin artdığı müəyyən edilib.

Qeyd edək ki, son həftələrdə kül, lava püskürməsi, lava axını və zəlzələlər kimi vulkanik fəaliyyətlərin tez-tez müşahidə edildiyi Etna dağı Kontinental Avropanın ən yüksək aktiv vulkanıdır.

Paylaş: