22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyada dəmir yolu işçiləri tətil edirlər

05-11-2024
IMG

İtaliyada dəmir yolu nəqliyyatında 8 saatlıq milli tətil elan olunub.

Fhnews.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri tətil ediblər.

Buna səbəb kimi son dövrlərdə qatarlarda işçilərə qarşı fiziki zorakılıqların, hücumların artması və ötən günlərdə bir konduktorun bıçaqlanması göstərilir. İtaliyanın “Trenitalia” şirkəti tətil səbəbindən şəhərlərarası, regional qatarların tam və qismən ləğv olunduğunu açıqlayıb, sərnişinlərə səfərlərin vaxtını dəyişdirmək tövsiyə olunub.

Tətil paytaxt Romada, eləcə də digər böyük şəhərlərdə dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib.

Paylaş: