22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyada Birinci Dünya müharibəsində ölən iki əsgərin qalıqları tapılıb

22-08-2024
IMG

İtaliyada Alp dağlarının Marmolada zirvəsində Birinci Dünya müharibəsində həlak olan iki əsgərin qalıqları tapılıb.

Fhnews.az xəbər verir ki, qalıqlar zirvədəki buzların əriməsi nəticəsində bölgədəki səyyah tərəfindən Marmoladanın 2700 metr hündürlükdə aşkarlanıb.

Həmin əsgərlərin 1915-1918-ci illərdə İtaliya ilə Avstriya-Macarıstan imperiyası arasında “Ağ müharibə” kimi tanınan və Alp dağlarında gedən döyüşlərdə həlak olduğu bildirilib. Qalıqlar ekspertizaya aparılıb, hərbi geyim formalarına əsasən onların Komo briqadasında xidmət etdiyi müəyyən olunub.

Əsgərlərin şəxsiyyətini müəyyənləşdirmək üçün iş aparılacaq və daha sonra onlar hərbi qəbiristanlıqda dəfn ediləcək.

Paylaş: