22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İtaliyada əlverişsiz hava şəraiti fəsadlara səbəb olub

08-01-2024

İtaliyanın bəzi regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib.

Fhnews.az xəbər verir ki, İtaliyanın Mülki Müdafiə Agentliyi əlverişsiz hava şəraiti səbəbindən Emiliya-Romaniya, Abruzzo, Bazilikata, Kalabriya, Kampaniya, Molise, Sardiniya və Siciliya bölgələri üçün sarı xəbərdarlıq elan edib.

Əhaliyə güclü külək və qar yağması nəticəsində yarana biləcək təhlükəli hava hadisələrinə hazırlıqlı olmaq barədə xəbərdarlıq olunub.

Bəzi bölgələrdə güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb.

Ölkədə hökm sürən əlverişsiz hava şəraiti nəticəsində iki nəfərin öldüyü bildirilir.

Paylaş: