İtaliyada 5 bal gücündə zəlzələ qeydə alınıb
İtaliyanın cənubundakı Kalabriya regionunda 5 bal gücündə zəlzələ olub.
Fhnews.az xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumatına əsasən, episentri Mandatoriççio bələdiyyəsi olan zəlzələnin ocağı 21 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Kosenza əyalətində, episentrə yaxın bölgələrdə, həmçinin Apuliya regionunda və Siciliya adasında hiss olunub. Yeraltı təkandan sonra Kozenzada insanlar küçələrə axışıb.
İnsan tələfatı və dağıntı barədə məlumat yoxdur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...