İtaliya, Fransa və Yunanıstana məxsus hava yolları İsrailə uçuşları dayandırıb
İsrail mediası İtaliya, Fransa və Yunanıstana məxsus hava yolu şirkətlərinin təhlükəsizlik səbəbi ilə ölkəyə uçuşlarını dayandırdığını bildirib.
“İsrail Hayom” qəzetinin məlumatına görə, İtaliyanın “İTA” aviaşirkəti yanvarın 12-dək İsrailə gediş-dönüş uçuşlarını dayandırdığını açıqlayıb.
Qeyd edək ki, “İTA” İsraildə müntəzəm fəaliyyət göstərən yeganə italyan şirkətidir. Xəbərə görə, Fransız Hava Yolları “Air France” da dekabrın 26-dək İsrailə bütün uçuşları ləğv edib.
Yunanıstan mərkəzli “Aegean Airlines” isə dekabrın 3-dək İsrailə uçuşlar həyata keçirməyəcəyini açıqlayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...