İsveçrədə qəddar üsulla əldə edilən xəz məhsullarının idxalına qadağa qoyula bilər
İsveçrədə fua-qra və heyvan dərilərinin, xüsusən də qəddar üsulla əldə edilən xəz məhsullarının idxalına qadağa qoyulması ilə bağlı referendum keçiriləcək. Federal hakimiyyət orqanları heyvan hüquqlarının qorunması ilə bağlı hər iki heyvan hüquqları təşəbbüsünü dəstəkləyirlər.
Fhnews.az xəbər verir ki, təkliflər 2022-ci ildə İsveçrənin “Alliance Animale Suisse (AAS)” heyvan hüquqlarının müdafiəsi təşkilatı tərəfindən irəli sürülüb və referenduma çıxarılmaq üçün qanunla tələb olunan 100 min imza toplanıb.
Qadağanın təşəbbüskarlarının fikrincə, ölkə xaricində istismara məruz qalan heyvanlardan alınan bu cür məhsulların idxalı riyakarlıqdır, çünki İsveçrənin heyvanların işgəncə şəraitində və ya pis şəraitdə yaşadıqları təqdirdə əziyyət çəkə biləcəyini qəbul edən heyvanların qorunması haqqında qanununa ziddir.
Fua-qra kimi tanınan qaz qaraciyərinə gəldikdə, onun istehsalı İsveçrədə 40 ildən çoxdur ki, qadağandır. Bununla yanaşı, parlament, Fransaya yaxın bölgələrdə yaşayan İsveçrə istehlakçılarını bu məhsulun satışına icazə verilən qonşu ölkədən satın almağa sövq edəcəyini düşünərək, bu məhsulun idxalını qadağan etməkdən imtina edib. Ölkəyə fua-qranın idxalında azalma tendensiyası müşahidə olunur, lakin onun idxal həcmi hələ də ildə təxminən 200 ton təşkil edir. Fua-qra, xüsusilə, Milad bayramı süfrəsində tələb olunan məhsuldur. Hər il yalnız İsveçrə bazarı üçün 400 min ördək və 12 min qaz öldürülür. Ekoloqların fikrincə, İsveçrə istehsalçılarına fua-qra istehsal etmək qadağan edilsə də, bu məhsulun xarici istehsalçılar tərəfindən istehsal olunması və idxal edilə bilməsi qəbuledilməzdir.
Ekoloqlar hər il İsveçrəyə təxminən 350 ton xəz dərinin tədarük edildiyini, bunun yarısının məhz Çindən idxal edildiyini təxmin edirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...