22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İsveçrədə ilk intihar kapsulası

25-09-2024
IMG

İsveçrənin Almaniya ilə sərhədində yerləşən Şaffhauzen kantonunda intihar üçün nəzərdə tutulmuş kapsula bənzər cihazdan ilk dəfə istifadə edilib. Amerikalı qadın kapsuldan istifadə edərək həyatına son qoyub. Hadisə ilə bağlı polis 4 nəfəri saxlayıb. Prokurorluq "intihara təhrik və kömək etmək" maddəsi ilə araşdırmalara başlayıb. İstifadə olunan cihaz "Sarco" adlı 3D intihar kapsuludur.

Cihaz istifadəçi düyməni basdıqda azot qazı buraxaraq oksigen səviyyəsini ölümcül səviyyəyə endirir. Bu prosesdə kapsulda oturan insan huşunu itirir və bir neçə dəqiqə ərzində boğularaq ölür. "Sarco" cihazı 1990-cı illərdən intiharla bağlı araşdırmaları ilə tanınan keçmiş avstraliyalı həkim Philip Nitschke tərəfindən hazırlanıb. Lakin cihazın 3D printerlə istehsal oluna bilməsi onun uşaqlar və ruhi xəstələr tərəfindən istifadə oluna biləcəyi ilə bağlı narahatlıq yaradır.

Paylaş: