22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İsveçrədə hər 10 nəfərdən 9-u iqlim dəyişikliyindən təsirlənir

02-02-2024

İsveçrə Federal Statistika İdarəsinin ətraf mühit problemləri ilə bağlı apardığı araşdırmada əhalinin havanın çirklənməsi və nəqliyyatın yaratdığı səs-küydən getdikcə daha çox narahat olduğu bildirilib.

Respondentlərin 41 %-i  İsveçrədə iqlimin əhəmiyyətli dərəcədə dəyişdiyini bildirsə də, yüzdə 48-i cüzi dəyişiklikləri hiss etdiklərini qeyd edib.
Maraqlıdır ki, bioloji müxtəlifliyin itirilməsi və su qıtlığı ictimaiyyət tərəfindən qəbul edilən əsas ekoloji təhlükələr arasındadır, amma respondentlərə görə atom elektrik stansiyaları daha az təhlükəlidir.

Paylaş: